Draft:SAVALAN – ASPI Winery

From Wikipedia, the free encyclopedia

“SAVALAN – ASPI Winery” MMC (ing. "SAVALAN – ASPI Winery" LLC) yüksəkkeyfiyyətli şərab istehsalı ilə məşğul olan dünyaca məşhur şərabçılıq müəssisəsidir. Onun nəzdində 23 növ şərab və 5 növ distillə olunmuş içki istehsal edən zavod, 343 hektarlıq üzümlük, restoran və muzey fəaliyyət göstərir. Şərablar fransız palıdından hazırlanmış çəlləklərdə saxlanılır.[1]

“SAVALAN” şərabları Avropa ölkələrinə, Rusiya, Türkiyə, Çinə ixrac olunur. "SAVALAN – ASPI Winery" şirkəti hər il beynəlxalq sərgi və tədbirlərdə iştirak edir. Şirkətin aqronom və texnoloqları müntəzəm şəkildə Fransa, İtaliya[2] və İsveçrədə təşkil olunan ixtisasartırma kurslarına göndərilirlər.

Şirkətin əsasının qoyulması[edit]

Böyük Qafqaz dağlarının ətəyində şərabçılıq sənətinin bərpası məqsədilə 2006-cı ilin dekabr ayında Qəbələ rayonunda “ASPI Winery” brendi adı altında “ASPI AGRO” MMC yaradılıb. Şirkətin əsas fəaliyyət istiqaməti üzüm yetişdirilməsi və yüksəkkeyfiyyətli şərabların istehsalıdır.

2019-cu ildə rebrendinq edilib və brendin adı “SAVALAN”, şirkətin adı isə “SAVALAN – ASPI Winery” olaraq dəyişdirilib.[3]

İlk üzüm bağlarının salınması[edit]

Professor Eucenio Sartorinin başçılıq etdiyi italiyalı mütəxəssislərin iştirakı ilə Qəbələ rayonunun Savalan vadisində torpaq sahələrinin təhlili aparılıb və götürülmüş nümunələr İtaliyanın aparıcı laboratoriyalarında analiz olunub. Tədqiqatların nəticələrinə əsasən, həmin ərazilər üçün ən uyğun üzüm növlərinin tinglərinin bu sahə üzrə dünya lideri olan “Vivai Cooperativi Rauscedo” şirkəti tərəfindən təmin edilməsinə qərar verilib. Beləliklə, beynəlxalq dərəcəli enoloq-aqronom Ermano Murarinin rəhbərliyi altında 45 hektar ərazidə “Merlo”, “Kaberne Savinyon”, “Pino Nuar” və “Şardone” növlərinin ilk üzümlükləri salınıb.

Nadir üzüm növlərinin əkilməsi[edit]

“Vivai Cooperativi Rauscedo” şirkətinin direktoru, aqronomiya və üzümçülük sahəsində 40 ildən çox təcrübəyə malik beynəlxalq dərəcəli mütəxəssis Eucenio Sartorinin tövsiyəsi ilə 66 hektar ərazidə növbəti əkin üçün yeni nadir növlər (“Alikante Buşe”, “Kaberne Frank”, “Sira” və “Qrenaj”) seçilib və bir sıra aqrotexniki tədbirlər həyata keçirilib.

İlk məhsul yığımı və zavodun təməlinin qoyulması[edit]

2009-cu ilin avqust ayından oktyabr ayınadək üzüm bağlarında ilk məhsul yığımı aparılıb.

Yüksəkkeyfiyyətli şərabların istehsalı üçün “SAVALAN – ASPI Winery” zavodunun layihələndirilmə və inşasına başlanılıb. Zavodun avadanlıq təchizatı burada ən müasir tələblərə uyğun texnologiyaları tətbiq etmək imkanı yaradan “Della Toffola” adlı qabaqcıl italyan şirkəti tərəfindən həyata keçirilib. Zavodun laboratoriyası unikal analizatorla təchiz olunub. Belə ki, laboratoriyada şərabın keyfiyyətliliyini avtomatik təyin etməyə imkan verən və yüksək dəqiqliyə malik nadir “WineScan FT 120” analizatoru mövcuddur.

Şərab istehsalı prosesinin müasir italyan ənənələrinə uyğunluğuna nəzarət məqsədilə İtaliyadan mütəxəssis – Paduan Universitetinin məzunu, enologiya üzrə doktor Daniel D’Andrea dəvət olunub.

Beynəlxalq arenaya çıxış[edit]

Loqo, etiket və qablaşmanın hazırlanması brendin inkişafında növbəti mühüm mərhələdir. Sözügedən ərazini küləklərdən qoruyan Qəbələdəki əfsanəvi dağ, “Yatmış gözəl”in silueti dizaynın simvolu seçilib. Etiketlərin çapı “Juliagraf” italyan mətbəəsində həyata keçirilib. Şərab üçün şüşələr məşhur italyan və fransız istehsalçıları “Bruni Glass” və “Saint-Gobain” şirkətlərindən, tıxaclar isə “Sugherificio Veneto” italyan şirkətindən alınıb.

Zavodda Florensiya Universitetinin məzunu, enologiya üzrə doktor, texnoloq Eliza Vanyoninin də işləməyə başlaması ilə “SAVALAN – ASPI Winery” şərabçılıq üzrə komandasını tam formalaşdırmış olub.

2011-ci ilin may ayında “SAVALAN – ASPI Winery” şirkəti öz məhsulunu 17-ci “World Food Azerbaijan” Beynəlxalq Qida Sərgisində təqdim edib. Şirkət eyni ildə həmçinin Rusiya və Ukraynada keçirilən “KARTAVİN” beynəlxalq şərab və dequstasiya sərgilərində iştirak edib.

2011-ci ilin yayında “SAVALAN – ASPI Winery” şirkətinin çəkdirdiyi ilk reklam videoçarxının əsas mövzusu – uzaq keçmişdə bu istehsal sahəsinin çiçəkləndiyi Qəbələ ərazisində şərabçılıq ənənələrinin yenidən yaranması olub. Eyni zamanda “AZAL” şirkətinin təyyarələrində sərnişinlərə təqdim olunan “Silk Way” jurnalı üçün Savalan vadisinin üzümlükləri və “SAVALAN – ASPI Winery” şərabları haqqında məqalə hazırlanıb. Jurnal 2011-ci ilin avqust ayında çapdan çıxıb. Sentyabr ayında isə sözügedən reklam çarxı “AZAL” şirkətinin bütün uçuşları zamanı nümayiş olunub.

2011-ci ilin noyabr ayında “SAVALAN – ASPI Winery” şərabları iki xarici sərgidə nümayiş olunub. Belə ki, Moskvanın Krokus Ekspo Mərkəzində təşkil olunan “Şərab xəritəsi” ixtisaslaşdırılmış sərgi və dequstasiya tədbirində “SAVALAN” şərabları uğurla təqdim edilib. Eyni zamanda şirkət IX Ümum-Ukrayna Somelye Müsabiqəsinin əsas həmkarı kimi çıxış edib.

2011-ci ilin dekabr ayında şirkətin istehsal etdiyi şərablar ilk dəfə Bakı şəhərinin bazarlarına çıxarılıb: “Viognier”, “Chardonnay” və “Cabernet Merlot”.

Bununla yanaşı, şirkətin Azərbaycan şərabçılığına dair özünəməxsus portal hesab edilən internet saytı fəaliyyətə başlayıb.

İlk  Avropa və Asiya müsabiqələri[edit]

2012-ci ilin yanvar ayında üzümlüklərə Rusiya Somelyelər Assosiasiyasının prezidenti, “Drinktime.rbc.ru” portalının baş redaktoru Aleksandr Sidorov baş çəkib; bir ay sonra isə “SAVALAN – ASPI Winery” şirkəti Moskvada yerləşən “Bakı” restoranında məhsullarını nümayiş etdirməyə başlayıb.

“SAVALAN – ASPI Winery”nin zavoduna ekskursiyadan sonra Aleksandr Sidorov “SAVALAN” şərabları və “SAVALAN – ASPI Winery” şirkətinə həsr olunmuş “Ex Oriente Lux: Azərbaycan dünyanın şərab xəritəsinə qayıdır” adlı məqalə dərc etdirib. Məqalədə Azərbaycanın “SAVALAN” şərablarının avqust ayında Rusiya bazarına çıxacağı barədə məlumat verilib.

2012-ci ilin yaz ayları əhəmiyyətli hadisə ilə yadda qalıb. Belə ki, mart ayında “SAVALAN” şərabları İtaliyanın Verona şəhərində keçirilən, dünya şərabçılığının üslub və tendensiyalarını formalaşdıran ən iri beynəlxalq şərab sərgisi “Vinitaly”də nümayiş etdirilib. Şirkətin stendi böyük uğur qazanıb və məhsul şərabçılıq sahəsində nüfuzlu ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

İtaliyadakı uğurdan sonra aprel ayında “SAVALAN – ASPI Winery” şirkəti “Horex 2012” 11-ci Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirak edib.

2012-ci ilin noyabr ayında Honkonqda keçirilmiş və rekord sayda (950-dən çox) şirkət cəlb etmiş dünyanın ən böyük, nüfuzlu 5-ci Beynəlxalq Şərab Sərgisində şirkətin məhsulu üç bürünc medal qazanıb. “SAVALAN” şərablarının nominasiyalar üzrə əldə etdiyi mükafatlar: “Ən yaxşı qarışıq qırmızı şərablar” – “SAVALAN Limited Release 2010”, “Ən yaxşı “Syrah” şərabları” – “SAVALAN Syrah 2010”, “Pekinsayağı ördəklə ən yaxşı şərab” – “SAVALAN Merlot Sweet 2010”.

“SAVALAN – ASPI Winery” şirkəti müxtəlif test və analizlərdən sonra İtaliyanın Bolonya şəhərində keçirilən Desert Şərabların Beynəlxalq Sərgisində iştirak üçün dəvət olunur. Şirkətin “SAVALAN Merlot Sweet 2010” adlı qırmızı şərabı bu sərgidə 5 qızıl tacdan 4-nü qazanır. Münsiflər heyəti həmçinin “Ən yaxşı xarici şərab” nominasiyasına görə şirkəti xüsusi hədiyyə ilə mükafatlandırır.

Avropa ilə ilk əməkdaşlıq memorandumu[edit]

Dekabr ayında “SAVALAN – ASPI Winery” şirkəti "Şərab istehsalı" kateqoriyasında “Milli biznes” mükafatını qazanaraq 2012-ci ili uğurla başa vurub. Əlavə olaraq, həmin ay idxalçı italyan şirkəti olan “Usque ad Finem” ilə “SAVALAN – ASPI Winery” arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində Azərbaycan şərabları (əsasən də “SAVALAN”) tarixdə ilk dəfə olaraq Avropa bazarlarına çıxarılıb.[4]

2013-cü ildə Prezident İlham Əliyev Qəbələdə “SAVALAN – ASPI Winery” üzüm emalı zavodunun açılışında iştirak edib. Həmin il həmçinin “SAVALAN” şərablarının sırasına “Traminer”, “Moscato”, “Aleatico”, “Merlot”, “Cabernet Sauvignon Ripassato” və “Alicante Bouschet” kimi yeni şərablar əlavə olunub.[1]

ISO 22000: 2005[edit]

2013-cü ildə “SAVALAN – ASPI Winery” şirkəti şərab istehsalı üzrə “ISO 22000: 2005” keyfiyyət sertifikatını əldə edib.

Tərəfdaşlıq və sərgilərdə iştiraka davam[edit]

2013-cü ilin mart ayında “SAVALAN – ASPI Winery” şirkəti “Caspian Cup” (Kim? Nə? Harada?) turnirində tərəfdaş qismində çıxış edərək yarışın bütün iştirakçılarını (müxtəlif ölkələrdən 360 nəfərdən çox şəxs) həvəsləndirici mükafat kimi “SAVALAN” şərabları ilə təmin edib. Turnirin qalibi olan komandalar Azərbaycanın şərab və şirniyyatlarından ibarət xüsusi mükafata layiq görülüblər. Şirkətin dəstəyi ilə iştirakçılar həmçinin Qəbələdə yerləşən zavoda baş çəkiblər.

Aprel ayında “SAVALAN” şərabları növbəti dəfə İtaliyanın Verona şəhərində keçirilən “Vinitaly” sərgisində təqdim olunub. Sərgi zamanı şirkətin stendini 700-dən artıq somelye, şərabçılıq biznesi üzrə peşəkarlar və bu sahədə ixtisaslaşmış jurnalistlər ziyarət ediblər.

“SAVALAN” şərablarının əhatə dairəsi genişlənir[edit]

2014-cü ilin fevral ayında “SAVALAN – ASPI Winery” şirkətinin nümayəndələri Fransanın kənd təsərrüfatı naziri Qiyoma Qaronun Azərbaycana səfəri münasibətilə təşkil olunmuş görüşə dəvət ediliblər. Görüş zamanı qarışılıqlı əməkdaşlıq və Fransa şirkətləri ilə tərəfdaşlıq məsələlərinin inkişaf etdirilməsi yönündə müzakirələr aparılıb.

Aprel ayında “SAVALAN” şərabları Yaponiyanın Tokio şəhərində keçirilən “Wine&Gourmet” sərgisində təqdim olunub və Yaponiyanın 30-dan artıq distribüter şirkəti Azərbaycan şərabının ixracı ilə maraqlanmağa başlayıb.

2014-cü ilin may ayında Fransa prezidenti Fransua Olandın Bakıya rəsmi səfərində “SAVALAN” şərabları diplomatik görüşdə eksklüziv içki olaraq seçilib.

İyun ayında “SAVALAN – ASPI Winery” şirkəti Azərbaycan şərab istehsalçılarının təşkil etdiyi “London Wine Fair Olympia” sərgisində iştirak edib.

2014-cü ilin sentyabr ayında “SAVALAN” şərabları “AzerHART” kollektivinin dəstəyi ilə Hollandiyada keçirilən “WijnFesten Groesbek” sərgisində təqdim olunub. Sərginin sonunda “SAVALAN” şərabları “Zaqafqaziya mirvarisi” olaraq dəyərləndirilib.

“SAVALAN” şərabları Gəncədə keçirilən IV Beynəlxalq Şərab Festivalında “Qran Pri”yə layiq görülüb.

Noyabr ayında məşhur şərabçı-tənqidçi və “Decanter World Wine Award” adlı hakimlər komissiyasının təmsilçisi Darrel Jozef “SAVALAN – ASPI Winery” zavodunu ziyarət edib.

“SAVALAN” şərabları “Vinitaly” (İtaliya), “Prowein” (Almaniya), “ПРОДЭКСПО” (Rusiya) kimi müxtəlif beynəlxalq tədbirlərdə təqdim olunub. Eyni zamanda Heydər Əliyev Fondunun təşkilatçısı olduğu “Parisdə Azərbaycan şəhərciyi” tədbirində ölkəmizi təmsil edib.

2015-ci ildə “MUNDUS VINI” müsabiqəsində 2011-ci ilin yığımı olan “SAVALAN Cabernet Sauvignon Ripassato” şərabı qızıl medala, 2014-cü ilin yığımı olan “SAVALAN Viognier” isə gümüş medala layiq görülüb.

“MUNDUS VINI” Avropanın ən nüfuzlu şərab müsabiqələrindəndir və dünyanın hər yerindən 8000-dən çox şərab dequstasiya üçün gətirilir. Avropa Birliyi “MUNDUS VINI” mükafatını keyfiyyət nişanı kimi rəsmən tanıyır.

Avropa Parlamentində təqdimolunma[edit]

28 may tarixində Avropa Parlamentinin Brüsseldəki mənzil-iqamətgahında Qəbələ rayonu ilə bağlı fotosərgi təşkil olunub və “SAVALAN” şərablarının dequstasiyası keçirilib.

2016-cı ildə Azərbaycanda ilk dəfə Mədəniyyət və Turizm Nazirliyi, həmçinin Bakı Turizm İnformasiya Mərkəzinin dəstəyi ilə  "SAVALAN – ASPI Winery" şirkəti tərəfindən dördgünlük “Somelye – giriş kursu” adlı təlim keçirilib. Kurs Ukraynanın “Ustad sinif” somelye məktəbinin proqramı əsasında təşkil olunub.[5]

Distillə edilmiş içki istehsalı[edit]

2016-cı ildən “SAVALAN – ASPI Winery” şirkəti “Della Toffola” və “Sordato” adlı iki italyan şirkətinin dəstəyi ilə distillə edilmiş içki istehsalına başlayıb. Bu şirkətlər kimya və qida sənayesi üçün kompleks sistemlərin layihələndirilməsi, hazırlanması üzrə ixtisaslaşıb. Hazırda zavodda 6 növ “SAVALAN” markalı distillə edilmiş içki istehsal olunur.

2017-ci ildə “SAVALAN” şərabları Çində 10-cu Beynəlxalq Şərab və Spirtli İçkilər Sərgisində nümayiş olunub.

2017-ci ilin 30 noyabrında 35-ci “International Wine Challenge” (IWC) dequstasiya müsabiqəsində “SAVALAN Elisa Winemaker Reserve 2016” şərabı gümüş medal qazanıb. Müsabiqə Britaniyanın “William Reed Business Media” şirkəti tərəfindən təşkil olunub. Bu müsabiqə dünyada ən yaxşı müsabiqələrdən hesab olunur, çünki nümunələr üslub, region və vintaj baxımından qiymətləndirilir. Şərablar ən azı on dequstator tərəfindən üç dəfə gözübağlı şəkildə dequstasiya olunur.

Fevralın 12-də bütün dünyada tanınan şef-aşpaz Ayt Ərdoğanın qastronomiyaya dair kitabının təqdimatı keçirilib. Şef-aşpaz 20 ildən çoxdur ki, “Michelin” ulduzlu restoranlarda fəaliyyət göstərir. “SAVALAN” şərabları şef-aşpazlar üçün yazılmış bu unikal vəsaitdə fəxri yer tutur.

2018-ci ildə “SAVALAN – ASPI Winery” şirkəti və Azərbaycan Milli Kulinariya Assosiasiyası tərəfindən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyi ilə Azərbaycanın, həmçinin Niderlandın “Les Patrons Cuisiniers” Assosiasiyasının peşəkar aşpazlarının iştirakı ilə Azərbaycan – Niderland qastronomik ustad dərsi keçirilib.  

21 – 22 aprel tarixlərində Fransanın Bordo şəhərində 1976-cı ildən bəri keçirilən 42-ci “Challenge International du Vin 2018” dequstasiya müsabiqəsində “SAVALAN Caberne Savignion Ripassato Reserve” şərabı bürünc medala layiq görülüb. Şərabların 800 dequstator tərəfindən qiymətləndirildiyi müsabiqədə 38 ölkə üzrə 4000-dən artıq şərab və tünd içki nümunəsi təqdim olunub.

2018-ci ilin may ayında “SAVALAN – ASPI Winery” şirkətinin dəstəyi ilə çinli aşpazların iştirakı ilə ustad dərsi təşkil olunub.

İyulun 23-də “SAVALAN” şərabları Latviyanın paytaxtı Riqada Azərbaycan Ticarət Evinin açılışında nümayiş olunub.

Həmin ilin oktyabr ayında Madriddə “SAVALAN” şərablarının təqdimat mərasimi keçirilib. Madrid Rioxa Mərkəzində keçirilən mərasimdə İspaniyada diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, dövlət rəsmiləri, habelə yerli kütləvi informasiya vasitələri, İspaniyanın şərabçılıq üzrə tanınmış şirkətləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə “SAVALAN” brendinə məxsus müxtəlif şərablar xarici qonaqlar tərəfindən yüksək qiymətləndirilib.

Noyabr ayında “SAVALAN” şərabları Çinin Şanxay şəhərində keçirilən Birinci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edib. Bu, Çində idxal məhsullarının ilk sərgisi idi. Həmçinin Şanxayda Azərbaycan Şərab Evinin açılışında “SAVALAN” şərabları nümayiş olunub.

2019-cu ilin 15 – 17 fevral tarixlərində “SAVALAN” şərabları Bodrum Qastronomi Sərgisində nümayiş olunub.

«Petit Verdot SAVALAN» şərabı dünyanın məşhur somelye və “Michelin” nişanı almış restoran idarəçilərindən olan Erik Bommar tərəfindən Parisdə yerləşən “Four Seasons” hotelinin “Le Cing Paris” restoranının şərab siyahısına əlavə olunub.

2019-cu ildə “SAVALAN” brendinin bayrağı və “SAVALAN Nobel” şərabı alpinist Rinat Rəhimxanov tərəfindən Rusiya və Avropanın, həmçinin yeddi qitənin ən yüksək zirvələri sırasına daxil olan 5642 metr yüksəkliyindəki Elbrus zirvəsinə qaldırılıb.

2022-ci ilin iyulunda iki “Michelin” ulduzunun sahibi, baş aşpaz Pako Ronseronun yeməklərinin yanında “SAVALAN” şərabları servis olunub. Onların arasında “Viognier”, “Chardonnay”, “Moscato” və “Petit Verdot 2016” şərabları var idi. Pako Ronsero avanqard ispan mətbəxinin aparıcı nümayəndələrindən biridir, vətənindən çox-çox uzaqlarda da tanınır və onun İbizada 2022-ci ildə açılmış “Sublimotion Pako Ronsero” adlı restoranı dünyanın ən bahalı restoranlarından hesab olunur.

2023-cü ildə "SAVALAN Alicante Bouschet" şərabı "Top 100 Wines" reytinqinin layihəsi olan "Böyük Qafqaz" nominasiyasında "Azərbaycanın ən yaxşı şərabı 2023" mükafatına layiq görülüb. "Top 100 Wines" reytinqinin tərəfdaşları arasında "Forbes" jurnalı da var.

"SAVALAN" şərabları Hollandiyanın Amsterdam şəhərindəki "Michelin" ulduzlu "Sazanka" və "Yamazato" restoranlarının şərab menyusuna daxil edilib. Restoranlar Yaponiyanın beşulduzlu "Okura Hotels & Resorts" hotellər şəbəkəsinə aiddir.

References[edit]

  1. ^ a b "İlham Əliyev Qəbələdə "Aspi-Aqro" MMC-nin "Aspi Winery" üzüm emalı zavodunun açılışında iştirak etmişdir » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (in Azerbaijani). Retrieved 2023-12-20.
  2. ^ Ng (2019-04-12). "L'Azerbaijan al Vinitaly: dopo ottanta secoli la vite torna a casa | Notizie Geopolitiche" (in Italian). Retrieved 2023-12-20.
  3. ^ FED.az (2019-12-24). ""Savalan" şərabının istehsalçısı parçalanıb - 2 YENİ ŞİRKƏT". FED.az (in Azerbaijani). Retrieved 2023-12-20.
  4. ^ ""ASPİ AGRO" MMC-nin "Savalan" brendi ilə istehsal etdiyi müxtəlif çeşiddə şərablar xarici ölkələrə ixrac olunur".
  5. ^ "Bakıda ilk şərab məktəbi – Şərab mədəniyyətinin inkişafı yolunda – FOTO". realpress.az (in Azerbaijani). Retrieved 2023-12-20.

Category:Wine